Ozan Can oynadı, komandası məğlub oldu

Futbol üzrə Niderland 2-ci liqasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Kambur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, “Telstar”da icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 26 turdan sonra 34 xalla 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button