Ozan Can oynadı, komandası darmadağına üzüldü

Futbol üzrə Niderland 2-ci liqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Ayaks”ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan da bu matçın iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.

“Telstar” 13 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button