“Bu, bizə problem yaratdı” – “Ayaks”ın futbolçusu

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Tottenhem”ə 1:0 hesabı ilə qalib gələn “Ayaks”ın yarımmüdafiəçisi Hakim Ziyex açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, öz oyunlarını göstərə bilmədiklərini deyib:

“Düşünürəm ki, ilk hissədə yaxşı oynadıq, rəqibin qol epizodu yaratmasına imkan vermədik və hesabı 2:0 etmək şansımız vardı. Mussa Sissokonun oyuna girməsi ilə rəqib öz oyun sistemini dəyişdirdi. Bu, bizə problem yaratdı. Öz oyunumuzu göstərə bilmədik, amma hər birimiz sona qədər mübarizə apardıq. Rəqibin yarımmüdafiə xəttində iki güclü futbolçusu vardı, hansı ki, onlar oyunu fiziki mübarizəyə çevirdilər. Bunlara baxmayaraq, məncə, müdafiədə çox yaxşı çıxış etdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button