“Oyunun sonunda Kloppa ən yaxşı komandanın məğlub olduğunu dedim, amma o, razılaşmadı”

İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “Liverpul”a 1:2 hesabı ilə məğlub olan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, məğlubiyyətə layiq olmadıqlarını bildirib:

“Ədalətsiz nəticə olduğunu düşünürəm, amma bu, futboldur. Oyuna biz nəzarət edirdik, komandamın çıxışından da razıyam. Mövsümün əvvəlindən hər oyuna qələbə üçün gedirik. Çempionlara qarşı oynadıq, qalib gəlmək üçün yaxşı şansımız da vardı, amma olmadı.

Oyunun sonunda Yurgen Kloppa ən yaxşı komandanın məğlub olduğunu dedim, amma o, razılaşmadı”.

Bu nəticədən sonra “Liverpul” “Tottenhem”i geridə qoyaraq, liderliyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button