“Oyunumuzu tapa bilmədik” – Cənubi Kipr yığmasının baş məşqçisi

Futbol üzrə Cənubi Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı başlamadıq. Xüsusən hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik. Fasilədən sonra oyunda dönüş yaratmaq üçün dəyişikliklərə əl atdıq. Üstünlüyü ələ alsaq da, qol vurmağı bacarmadıq. Komandada çoxlu dəyişiklik olub. Gənc oyunçulara necə oynamaq lazım olduğunu demişəm. Ancaq bu dəyişikliklər tez zamanda öz bəhrəsini vermir. Onların daha çox inkişaf etməyə ehtiyacı var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button