“Oynamağın bir yolunu tapsaq…” – “Liverpul”un prezidenti

İngiltərənin “Liverpul” klubunun prezidenti Tom Verner koronavirus səbəbiylə dayandırıan Premyer Liqayla bağlı danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Premyer Liqanın mümkün bərpası ilə bağlı bunları deyib:

“Hökumət təhlükəli olduğuna qərar versə, futbol olmayacaq. Ümid edirəm ki, oyunları keçirmək üçün bir yol tapa bilərik. Oynamağın bir yolunu tapsaq, ölkə üçün çox yaxşı olacaq. Ən vacib məsələ təhlükəsizlikdir. Deyildiyi kimi, qapalı qapılar arxasında oynamaq supermarketə getməkdən daha təhlükəsizdir”.

29 turdan sonra dayandırılan Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button