Ouenin qızı realiti-şouda erotik rəqs etdi – FOTO

İngiltərə millisinin və “Liverpul”un keçmiş futbolçusu Maykl Ouenin qızı Cemma Ouen Britaniyanın “Love Island” realiti-şousunun bölümlərindən birində erotik rəqs nümayiş etdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bodi, corab və dikdaban ayaqqabı geyinən 19 yaşlı Cemma kişilərin qarşısında seksual rəqs edib.

Maykl Ouen qızının rəqsinin yayımı zamanı gözlərini bağlayan emoji ilə “tvitter”də paylaşım edib.

“Sevgi adası” realiti-şousunun qaydalarına görə, adada məskunlaşan iştirakçılar özlərinə həyat yoldaşı tapmalıdır. Qalib gələn cütlük 50 min funt-sterlinq qazanır.

Ouen İngiltərə millisinin heyətində 89 oyunda 40 qol vurub.

Bizi Telegramda izləyin