Ötən ilin penaltidən ən çox qol vuran futbolçuları

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli olub.

Komanda.az xəbər verir ki, ilk pillədə İtaliyanın “Yuventus” klubunun futbolçusu Kristiano Ronaldo yer alıb.

35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes 15 qolla ikinci, İtaliya “Latsio”sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.

İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button