Ötən mövsümün ən yaxşı qapıçıları bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı qapıçıları açıqlanıb.

Komanda.az xəbər verir ki, kişi oyunçular arasında bu ada İngiltərənin “Çelsi” klubunun qolkiperi Eduard Mendi layiq görülüb.

Qadınlardan isə sözügedən mükafata İspaniya “Barselona”sının qapıçısı Sandra Panyos sahib çıxıb.