Ötən həftə qovulan futbolçunu geri qaytardı – Namik Ələskərovun klubu

Azərbaycan millisinin üzvü Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” klubu bir müddət əvvəl yollarını ayırdığı futbolçulardan Burak Altıparmakı yenidən geri qaytarıb.

Komanda.az xəbər verir ki, bu barədə 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb. Artıq tərəflər arasında razılıq əldə olunub. 

“Bursaspor” ötən həftə Altıparmakla yanaşı, Aykut Akgün və Cüneyt Közlə ilə də yollarını ayırmışdı.