İngiltərə klublarının Osimhen yarışı

“Mançester Yunayted” “Napoli”nin hücumçusu Viktor Osimhenin transfer yarışında liderdir.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, nigeriyalının transferində “Mançester Yunayted”in əsas rəqibi “Arsenal”ıdır.

Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Osimhen bu mövsüm A Seriyasında 23 oyuna çıxıb, 12 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button