Orxanlı “Dinamo-Avto”dan səfər qələbəsi

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 9-cu turu çərçivəsində səfərdə “Sfintul George” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 9 oyunda 8 xal toplayıb və 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.