“Azərbaycanda bir klubda çalışdım və bu komanda ilə hər şeyi qazandıq”

“Ordabası”nın baş məşqçisi Kaxaber Tsxadadze Qazaxıstan mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, 51 yaşlı baş məşqçi, “İnter” (indiki “Keşlə”) klubunu çalışdırdığı dövrlərdən də danışıb:

“6 il Azərbaycanda bir klubda çalışdım və bu komanda ilə hər şeyi qazandıq. Hər il də Avropa Liqasında oynayırdılar. Nəticə olan yerdə deməli, işlər düzgün gedir. İlk dəfə “Ordabası”ya gələndə klub çətin durumda idi. 2018-ci ildə məşqçilər heyəti və klub prezidenti ilə əlimizdən gələn hər şeyi etdik. Futbolçulara gəlincə, danışmağa söz yoxdur. Ümumiyyətlə, onlar qəhrəmandırlar. 6-7 ay pul almasalar da, işlərini görməyə davam edirdilər”.

Kaxaber Tsxadadze 2009-2015-ci illərdə “İnter”i çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button