“Orda çıxış etmək mənim xəyalımdır” – Poqba

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, adı “Real”la yanaşı çəkilən fransalı futbolçu, “qırmızı şeytanlar”dan mümkün ayrılığı barədə danışıb:

“Bütün futbolçular “Real”da oynamaq istəyər. Orda çıxış etmək mənim xəyalımdır. Bu, bir gün baş verə bilər, amma hazırda “Mançester Yunayted”də oynayıram və klubumu sevirəm. Klubu layiq olduğu səviyyəyə çatdırmaq üçün əlimdən gələn hər şeyi etmək istəyirəm.

Klubla müqaviləni yeniləmək haqqında danışmamışam. Hələ ki, burdayam və ideal formaya qayıtmağa çalışıram. Klubdan indiyədək yeni müqavilə ilə bağlı mənə nəsə deyilməyib”.

27 yaşlı futbolçunun MY ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.