Orada mübahisəli heç nə yox idi – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib:

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

– Futbolçularımı təbrik etmək istəyirəm, tək qələbəyə görə yox, həm də, göstərdikləri xarakterə, mübarizələrə görə. Oyunun sürəti aşağı düşmədi. Hər iki komanda nə məğlub olmaq istədi, nə də qapanmaq. Vacib 3 xal qazandıq.

– “Sumqayıt”ın start heyəti sizi təəccübləndirdimi?
– Xeyr. Sadəcə, Atilla Yıldırımı əsas heyətdə gözləyirdim.

– İkinci hissədə futbulçularda arxayınlaşma var idi
– Məğlub olan, həm də ev sahibi komanda daha çox hücum edir. 2-ci qoldan sonra bir az arxayınlaşma oldu. Ümumən, futbolçularda arxayınlıq görmədim.

– Şahruddin Məhəmmədəliyevin iştirak ərizəsində də adının olmaması nəylə bağlıdı?
– Şahruddin əsas qapıçılarımızdan biridi. Dünən sonuncu məşqdə zədələnmişdi.

– Mahir Mədətovun durumu necədi?
– Mahir bu gün də fərdi məşqlər etdi. 2-3 günə komandaya qoşulacaq.

– İlk qolda mübahisəli məqam oldu. Siz nə düşünürsüz bu qolla bağlı?
– Mübahisəli bir şey yox idi. Soyuqqanlılıqla qarşıladım. Hakim də epizoda yaxın idi.

– Növbəti tur “Qəbələ”yə qarşı oynayacaqsız. Oyun haqda düşüncələriniz necədi?
– Çətin oyun olacaq. “Qəbələ”nin ikinci dövrəyə daha ciddi hazırlaşdığı görünür. Qarşıda vaxtımız var. Oyundan-oyuna daha yaxşı olmalıyıq.

– Reynaldonun hazırlıq səviyyəsi sizi qane edirmi?
– Yox. 2-3 gündü ki, komandayla məşqlərə başlayıb. Gələcəkdə daha yaxşı olacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button