Zidan ilk baş məşqçidir ki…

“Real” İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış oyunda səfərdə “Barselona” ilə qarşılaşıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 0:0 hesabıyla bitən qarşılaşma “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.

Belə ki, fransız mütəxəssis “Real”ın tarixində ilk baş məşqçidir ki, “Kamp Nou”da “Barselona”ya qarşı keçirdiyi ilk 5 oyunda uduzmur. Zidanın rəhbərliyi ilə madridlilər “Barselona” ilə səfər matçlarında 2 qələbə, 3 heç-heçə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button