“Onunla birlikdə oynadığım üçün xoşbəxtəm” – Verratti

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Marko Verratti komanda yoldaşları Neymar və Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, Mbappeni Lionel Messiyə bənzədib:

“Mbappe Messiyə bənzəyir. Belə futbolçuların sayı çox deyil. Kilian yaşıyla müqayisədə çox böyük işlər görür. Onunla birlikdə oynadığım üçün xoşbəxtəm.

Neymar yayda komandadan ayrılmağa qərar vermişdi. Amma sonra yoluna bizimlə birlikdə davam etməyə qərar verdi. O, azarkeşlərdən üzr istəməsinin vacib olduğunu bilir”.

Karyerası ilə bağlı danışan Verratti, Paris klubundan ayrılmaq istəmədiyini deyib:

“Karyeramı burda bitirmək istəyirəm. İnsanlar niyə başqa macəralara cəhd etmədiyimi soruşurlar. Amma mən bu komandadakı atmosferi sevirəm. Hələ də bacara bilmədiyimiz şeylər var. Bu mövsüm Çempionlar Liqası üçün də vacib işlər görməliyik”.