“Onunla birdə çıxış etdiyim üçün həyəcanlı və xoşbəxtəm”

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Ander Herrera komanda yoldaşı Neymarla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, Neymarla birlikdə çıxış etdiyi üçün xoşbəxt olduğunu deyib:

“Neymar dünyanın ən yaxşı beş futbolçusundan biridir. O, Kilian Mbappe ilə birlikdə “qızıl top” mükafatı üçün namizəddir. Onunla birdə çıxış etdiyim üçün həyəcanlı və xoşbəxtəm. Bu, mənim üçün əladır. Neymar, Mbappe, Marko Verratti kimi səviyyəli futbolçularla oynamaq inanılmaz fürsətdir, qısa müddətdə dünyanın ən yaxşı yarımmüdafiəçisi ola bilərəm. Eyni zamanda, bu mövsümün Neymar üçün çox yaxşı olacağına əminik”.

İspan futbolçu bu yay azad agent olaraq “Mançester Yunayted”dən Paris klubuna transfer olunmuşdu.