“O, bizim ən yaxşı futbolçumuzdur” – Morata

“Atletiko”nun futbolçusu Alvaro Morata, komanda yoldaşı Antuan Qrizmann haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan forvard, Qrizmannın komandadan ayrılmayacağını deyib:

“Çempionlar Liqasıyla vidalaşdıqdan sonra komanda olaraq pis vəziyyətdə idik. Ancaq Antuanın bizdən razı olduğunu gördüm. Bura onun evidir və o, xoşbəxtdir. Qrizmannın evində qalacağına inanıram. O, bizim ən yaxşı futbolçumuzdur. Bütün futbolçularımız, klub rəhbərliyi və azarkeşlər də onun qalmasını istəyir.

“Yuventus”a məğlub olduğumuz üçün baş məşqçimiz Dieqo Simeonenin tənqid edilməsini düzgün hesab etmirəm. Dieqo klubun tarixinə keçmiş bir adamdır və hələ də qələbəyə acdır”.

“Atletiko” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Yuventus”u 2:0 hesabıyla məğlub etsə də, cavab matçında 0:3 hesabıyla uduzaraq, ÇL-lə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button