“Onun PSJ-də oynamaq ehtimalı var, amma…” – Meneceri açıqladı

Fransanın PSJ klubunun transfer hədəfində olan “Lill”in futbolçusu Nikolas Pepeylə bağlı açıqlama verilib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun gələcək karyerası ilə bağlı danışan meneceri Samir Kxiat, onun Paris klubunda oynamaq ehtimalının olduğunu deyib:

“Nikolas hazırda bütün təkliflərə açıqdır. Vacib olan onun doğru komandaya getməsidir. Onun PSJ-də oynamaq ehtimalı var, amma hələ ki, müqavilə imzalanmayıb. Bunun üçün PSJ-nin “Lill”lə razılıq əldə etməsi lazımdır”.

“Lill”in Pepe üçün 90 milyon avro tələb etdiyi bildirilir.

2017-ci ildən “Lill”in şərəfini qoruyan Fil Dişi Sahilindən olan futbolçu, son mövsümdə iştirak etdiyi 41 oyunda 23 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.