“Onun meydana daxil olmasını istəmirdim” – Kompani

“Mançester Siti”nin müdafiəçisi Vensan Kompani, İngiltərə Liqa kubokunun finalında “Çelsi”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, belçikalı müdafiəçi, İngiltərə mətbuatına açıqlamasında matçla bağlı bunları deyib:

“Bu turnir həmişə çətin olub. Biz bu mövsüm Liqa kubokunu gənc futbolçuların hesabına qazandıq.

Baxmayaraq ki, az məşq edirəm, ancaq həmişə oynamağa hazıram.

“Çelsi”nin ehtiyat qapıçısı Villi Kabalyeronun penalti seriyalarında necə uğurlu olduğunu bilirəm. Onun meydana daxil olmasını istəmirdim”.

120 dəqiqəsi 0:0 hesabıyla bitən matçda, “Mançester Siti” “Çelsi”ni penalti vuruşlarından sonra (4:3) məğlub edərək, kubokun sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button