“Onun meneceri burdadır, danışıqlar davam edir” – Ançelotti

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Lill”in futbolçusu Nikolas Pepenin mümkün transferi haqqında danışan 60 yaşlı mütəxəssis, bunları deyib:

“Pepe ilə maraqlanırıq. Artıq bunu gizlətməyin mənası yoxdur. Onun meneceri burdadır, danışıqlar davam edir. Nələr olacağını görəcəyik. Pepe güclü hücumçudur. Biz də xətlər arasında oynaya biləcək futbolçu axtarışındayıq”.  

İtaliyalı mütəxəssis, “Real”ın futbolçusu Xames Rodriqesin mümkün transferi və komandadan ayrılacaq futbolçularla bağlı da danışıb:

“Bütün transfer məsələləri hələ də açıqdır. “Real” onu satmaq, “Napoli” də müqavilə imzalamaq istəyir. Heç bir müsbət və ya mənfi dəyişiklik yoxdur. Maraqlandığımız futbolçular var və bundan sonra nələr olacağını bilmirik.

Hazırda heç bir futbolçumuz satış siyahısında deyil. Bütün futbolçular komanda ilə birlikdədir, çünki onların hər birini saxlamaq niyyətindəyik. Əlbəttə, kimsə yeni təcrübə sınamaq istəsə, biz onu dinləyəcəyik”.

“Napoli”nin Pepenin transferi üçün “Lill”lə razılıq əldə etdiyi, amma futbolçunun məvacibi məsələsində anlaşmağa çalışdığı bildirilir. “Napoli” futbolçuya illik 4 milyon avro təklif etsə də, Pepenin 5 milyon tələb etdiyi və meneceri ilə danışıqların davam etdiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button