“Onun mənim məşqçiliyimi tənqid etmək haqqı yoxdur” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer komandanın keçmiş futbolçusu Robin van Persinin tənqidi fikirlərinə cavab verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, Van Persinin “kifayət qədər sərt deyil” ifadəsinə belə cavab verib:

“O, məni tanımır, mən də onu tanımıram. Onun mənim məşqçiliyimi tənqid etmək haqqı yoxdur. Mən dəyişməyəcəm. Van Persi məndən sonra komandada 20 nömrəli formanı aldı və onun məndən ala biləcəyi tək şey bu ola bilər”.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button