“Klub rəhbərliyi mənə Arturun komandadan ayrılacağını deməyib” – Setyen

“Barselona”nın baş məşqçisi Kike Setyen “İnter”ə keçəcəyi deyilən Arturla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, futbolçunun mümkün ayrılığı ilə bağlı bunları deyib:

“Artura güvənirəm, o, vacib futbolçudur və “Selta” ilə oyunda da meydana çıxa bilər. Vacib olan bu söhbətlərin ona təsir etməməsidir. Onun komandadan ayrılacağı xəbərlərini qəbul etmirəm. Klub rəhbərliyi mənə Arturun komandadan ayrılacağını deməyib. O, mövsümün son məşqinə qədər bizimlə qalacaq. Onun keçidi reallaşsa, ümid edirəm ki, burda xoş xatirələri olar. Vacib olan, son günə qədər dürüst davranmaqdır”.