“Mbappenin komandada qalacağına söz verə bilmərəm” – PSJ rəsmisi

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin komandadakı gələcəyi ilə bağlı açıqlama verilib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Leonardo, hücumçunun klub üçün vacib olduğunu deyib:

“Kilian hazırda komandayla birlikdədir. Düşərgəyə yüksək əhval-ruhiyyədə gəldi. Azarkeşlər onu sevir. Komandada onun kimi birinin olması vacibdir. O, həm gəncdir, həm də hər zaman gülümsəyir.

Mbappenin komandada qalacağına söz verə bilmərəm. Bu klubda hər qərarı mən vermirəm. Bundan başqa, əmin olmadığım bir mövzu haqqında söz vermək istəmirəm”.

Uzun müddətdir adı “Real”la yanaşı çəkilən fransalı futbolçu üçün PSJ-nin 230 milyon avro tələb etdiyi bildirilir.