“Bir gün “Real”a mükəmməl bir futbolçu aparacağıma ümid edirəm” – Rayola

Futbol meneceri Mino Rayola açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Rayola, “Real” və “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba haqqında da danışıb:

“Real”la əlaqələrim çox yaxşıdır. Ora ulduz futbolçu transfer etmək istəyirəm, buna bu yay cəhd edəcəm. “Real” möhtəşəm bir klub olduğu üçün bu, mənim və futbolçularım üçün böyük qürur olar. Futbolçularımdan Alfons Areola ordadır, amma o, hazırda icarə əsasında “Real”da çıxış edir. Bir gün “Real”a mükəmməl bir futbolçu aparacağıma ümid edirəm.

Poqbaya gəlincə, o, hazırda çətin bir dövr keçirir. Amma Poqba “Mançester Yunayted”lə mövsümə əla son verməyə ümid edir və komandanın Çempionlar Liqasına vəsiqə qazanmasını istəyir”.

Rayola, “Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Haland haqqında da danışıb:

“O, çox vacib bir futbolçudur. Heç kim onun “Borussiya”ya belə uyğunlaşacağını gözləmirdi. Amma hələ də inkişaf etməsinə ehtiyacı var. Müəyyən bir müddət “Borussiya”da qalacaq. Onun bu yay komandadan ayrılacağını gözləmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button