“Onun bizimlə qalmasını istəyirik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bavariya”nın transfer hədəfində olan Leroy Sane ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, 23 yaşlı futbolçunun klubda qalmasını istədiyini deyib:

“Klub keçən il ona yeni müqavilə təklif etmişdi. Sanenin potensialını göstərməsinə kömək etməyə çalışırıq. Onun bizimlə qalmasını istəyirik. Sane də hər kəs kimi belə səviyyəli heyətimiz olduğu üçün davamlı oynamağın nə qədər çətin olduğunu bilir. Klub rəhbərliyinə dəfələrlə demişəm ki, burda hər kəsin xoşbəxt olmasını istəyirəm. Xoşbəxt olmayanlar isə gedə bilər”.

Bir müddət əvvəl Almaniya klubu Sane üçün 80 milyon avro təklif etmiş, amma “şəhərlilər” bu təklifdən imtina edərək, 100 milyon avro təzminat məbləği istəmişdilər.

“Mançester Siti” ilə 2023-cü ilədək müqaviləsi olan alman futbolçu, son mövsüm iştirak etdiyi 47 oyunda 16 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.