“Onlar bizi, biz də onları yaxşı tanıyırıq” – Van Dayk

“Liverpul”un futbolçusu Vircil Van Dayk UEFA superkubokunda “Çelsi” ilə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, holland müdafiəçi, qalib gəlmək üçün hər şey edəcəklərini deyib:

“Onlar bizi, biz də onları yaxşı tanıyırıq. Bu, sadəcə bir oyundur, hər şey ola bilər. Bu oyunu qazanmaq istəyirik və bunun üçün hər şey edəcəyik.

Yeni qapıçımız Adrian ikinci həftədir ki, bizimlədir. Onunla birlikdə məşq edirik. Alisson Bekkerin zədələnməsindən sonra dərhal oynamağa başladı. Onun belə oyunlar üçün təcrübəsi kifayətdir. Premyer Liqada da forma geyinib. Onunla birlikdə yaxşı oyun sərgiləyib, qalib gələcəyimizə inanıram”.

“Çelsi” – “Liverpul” matçı bu gün, saat 23:00-da start götürəcək.