“Onu 18 ay ərzində ilk dəfə gülümsəyən görürdüm”

“Arsenal” İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində “Mançester Yunayted”ə 2:0 hesabıyla qalib gəlib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunla bağlı danışan “qırmızı şeytanlar”ın sabiq futbolçusu Rio Ferdinand, “topçular”ın yarımmüdafiəçisi Məsut Özil haqqında açıqlama verib:

“Bu oyuna Özil tərəfdən yanaşmaq lazımdır. Onu 18 ay ərzində ilk dəfə gülümsəyən görürdüm. Məncə, onun bu sistemdən xoşu gəlir.

“Arsenal” bu oyunda tez-tez görmədiyimiz intizam göstərdi. Futbolçuların özlərini rahat, inamlı hiss etmələrinə şərait yaradan bir sxem vardı. Onlar daha sürətli və güclü təsir bağışladılar. Bir məşqçiyə inananda, bu, futbolçulara təsir göstərir”.

Özil “Arsenal”ın keçmiş baş məşqçisi Unay Emerinin rəhbərliyi altında kifayət qədər oynamaq şansı qazanmırdı.