Ronaldonun meneceri: “O, əfsanəvi, müqəddəs bir futbolçudur”

Çempionlar Liqasında “Atletiko” ilə matçda “Yuventus”un heyətində oyuna damğa vuran Kriştiano Ronaldonun meneceri Jorje Mendeş açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun meneceri, “Real”ın Ronaldo olmadan uğur qazana bilmədiyini deyib:

“Kriştiano futbol tarixinin ən yaxşı futbolçusudur. Bunu yenə göstərdi. O, bir yadplanetlidir. İngiltərədə fərq yarada bildi, “Mançester Yunayted”in heyətində tarix yazdı. Madriddə də ən yaxşı futbolçu oldu. Onsuz uğur qazana bilmədilər.

Ronaldonun İtaliyada da uğurlu olacağına əmin idim. “Yuventus”un heyətində də tarix yazacaq. O, əfsanəvi, müqəddəs bir futbolçudur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button