“Onları satmağı düşünmürük” – “Lester”in baş məşqçisi

İngiltərənin “Lester” klubunun baş məşqçisi Brendan Rocers transfer məsələsi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ceyms Meddison haqqında danışan 46 yaşlı mütəxəssis, qış fasiləsində heç bir futbolçunun klubdan ayrılmayacağını bildirib:

“Hazırda futbolçularımızı satmağa səbəb olacaq ehtiyacımız yoxdur, buna görə də, üzərimizdə təzyiq hiss etmirik. Meddison istedadlı futbolçudur və uzun müddət heyətimizdə olacaq. O da komandada qalmaq istəyir. Klubla onun arasında yeni müqavilə üçün danışıqlar oldu.

Mümkün olsa, heyətimizə gənc və istedadlı bir neçə futbolçu cəlb etmək istəyərik. Amma bu, uyğun şəraitdə və münasib şərtlərlə baş verməlidir. Hazırda əlimdə güclü və istedadlı futbolçulardan ibarət heyət var. Yolumuza gənc futbolçularımızla davam edəcəyik, onları satmağı düşünmürük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button