“Onlara bu dəstəyin qarşılığını verəcəm” – 40 milyon avroluq transfer

İngiltərənin “Everton” klubunun yeni futbolçusu Moyze Kin açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu, yeni klubu ilə bağlı bunları deyib:

“Everton” bir ailədir və bunu çox sevirəm. “Yuventus”da oynayarkən, İngiltərə Premyer Liqasını izləyirdim. Buna görə də, bu komanda haqqında çox şey bilirəm. Çevik bir insanam və müxtəlif vəziyyətlərə uyğunlaşa bilirəm. Həyatımda yeni bir mərhələ başladı. Uyğunlaşma prosesi zəif gedir. Buna baxmayaraq, çox yaxşı iş gördüyümü düşünürəm. Ən əsası, olduğum kimi qaldım.

Artıq “Everton” azarkeşlərini sevirəm, onların hər dəfə öz mahnıları ilə komandaya necə dəstək olduqlarını bilirəm. Onlara bu dəstəyin qarşılığını verəcəm”.

“Everton” Moyze Kin üçün “Yuventus”a 40 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button