“Öncə APOEL-ə, sonra “Qarabağ”a qarşı iki final oyunu oynayacağıq”

Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Düdelanj”ın baş məşqçisi Bertran Krasson açıqlama verib.

Komanda.az  xəbər verir ki, Krasson Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə qarşılaşacaqları Kipr APOEL-i ilə oyundan öncə “Le Quotidien” nəşrinə açıqlamasında bunları deyib:

“Futbolçu olduğum dönəmdə də Kipr komandaları ilə qarşılaşmışam. Ada-dövlətin futbolu o vaxtdan bəri çox inkişaf edib. Sentyabrda Nikosiyadakı zəfərimiz hamının bizdən danışması baxımından yaxşı uğur idi. Sonra gerçəkliyimizə qayıtdıq. Buna baxmayaraq, qələbə qazanmağımız üçün arqumentlərimiz var. Rəqibin üzərində təzyiq var. Bu oyun demək olar ki, hər şeyi həll edəcək. Öncə APOEL-ə, sonra “Qarabağ”a qarşı iki final oyunu oynayacağıq”.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Amma APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən “Sevilya”nın 12, “Düdelanj”ın isə 3 xalı var. Noyabrın 28-də “Sevilya” – “Qarabağ” və “Düdelanj” – APEOL matçları keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button