Öncə Hacıyev, sonra Papure

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail”lə Rumıniyanın “Universitatya Krayova” klubu arasındakı ilk oyun ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Komanda.az xəbər verir ki, əvvəlcə Azərbaycan təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev, sonra rumıniyalı həmkarı Korneliu Papure media nümayəndələri qarşısına çıxacaq.

10 iyul

Səbail
Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Universitatya Krayova
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi “ASCO Arena”da təşkil olunacaq.

Xatırladaq ki, iyulun 11-də keçiriləcək matç saat 20:00-da başlayacaq.