Onana açıqladı: “Ayaks”dan ayrılır?

Son vaxtlar adı müxtəlif klublarla yanaşı çəkilən “Ayaks”ın qapıçısı Andre Onana komandadan ayrılmaq istədiyini təsdiqləyib.

Komanda.az xəbər verir ki, “Algemeen Dagblad”a danışan 24 yaşlı qolkiper, “Ayaks”dan ayrılmaq ehtimalı ilə bağlı bunları deyib:

“Məni səhv anlamayın, “Ayaks”dan çox razıyam və kluba minnətdaram. Burda möhtəşəm beş il keçirdim, amma artıq növbəti addımı atmağın vaxtıdır. Nə olacağını bilmirəm, ancaq hədəflərim və istəklərim bəllidir”.

“Çelsi” və “Barselona”nın Onana ilə maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button