Ona 2 həftə bəs edib – MY-nin problemlərini anlamaq üçün

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ralf Ranqnik komandaya qoşulduqdan iki həftə sonra klubun problemlərini anladığını deyib.

Komanda.az “Der Standard”-a istinadən xəbər verir ki, Ranqnik, keçmiş klubu ilə bağlı bunları bildirib:

“Məşqçi və ya idman direktoru nöqteyi-nəzərindən şans faktorunu mümkün qədər inkişaf etdirə bilmək və minimuma endirmək vacibdir. Rəqibdən əhəmiyyətli dərəcədə daha çox şans yaratmaq üçün müəyyən bir sistemdən istifadə edərək, komandanı inkişaf etdirin.

“Mançester Yunayted”də bu altı ay çəkməzdi. Cəmi iki həftə ərzində mənə problemlərin nə olduğu və onları aradan qaldırmaq üçün nə etmək lazım olduğu aydın oldu. Sual ondan ibarətdir ki, sizin nəyisə dəyişmək qabiliyyətiniz varmı”.

64 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından 2022-ci ilin mayına kimi “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi olub. Daha sonra o, Avstriya millisinin “sükanı arxasına” keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button