Asiya futbolunun yeni rekordçusu

Qətərdə keçirilən Körfəz kubokuna yekun vurulub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, turnirin qalibi Səudiyyə Ərəbistanını 1:0 hesabıyla məğlub edən Bəhreyn yığması olub.

Turnirin iştirakçılarından olan Oman millisinin üzvü Əhməd Mübarək Asiya futbol tarixində rekorda imza atıb. Belə ki, 34 yaşlı yarımmüdafiəçi Oman yığmasında oyun sayını 179-a çatdırıb. O, bu göstəricidə Canluici Buffon (176), Klaudio Suares (177) və Məhəmməd əl-Dayini (178) geridə qoyub. Əhməd Mübarək yığmadakı oyun sayına görə Asiya futbolunda 1-ci, dünya futbolunda isə 2-ci olub.

Dünya futbolu tarixində yığma ilə ən çox oyun keçirən isə Misir millisinin sabiq üzvü Əhməd Hassandır. O, yığma ilə 184 oyuna çıxıb.

Oman millisi Körfəz kubokunda mübarizəni qrup mərhələsində dayandırıb.