Jiru Platinini geridə qoydu

Olivye Jiru Fransa milli komandası tarixinin bombardirləri sırasında 2-ci pilləyə yüksəlib.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Fransanın Ukraynanı 7:1 hesabıyla məğlub etdiyi yoxlama matçında dubl edən Jiru, qollarının sayını 42-yə çatdırıb və 41 qolla bombardirlər sırasında 2-ci yerdə olan Mişel Platinini geridə qoyub.

Fransa milli komandasının bombardiri 51 qolla Tyerri Anridir.