“Olimpiakos”un koreyalı hücumçusu “Qarabağ”a qarşı oynaya biləcək

Yunanıstann “Olimpiakos” klubunun Cənubi Koreyadan olan futbolçusu Hvan İy Co zədəsini sağaldıb.

Komanda.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunda meydana çıxa biləcək.

Bu barədə komandanın baş məşqçisi Miçel Qonsales matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib. İspaniyalı mütəxəssis 30 yaşlı hücumçunun tam sağaldığını və sabahkı qarşılaşmada forma geyinəcəyini bildirib.

Sabah keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button