“Olimpiakos”un əsas qapıçısı əməliyyat olunub

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos”un əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.

Komanda.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı çexiyalı qolkiperin sağ çiyninə cərrahi müdaxilə olunub.

Plzen şəhərində əməliyyat edilən oyunçu 3 aydan sonra yaşıl meydanlara qayıdacaq.

Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button