“Oğlum üçün “Yuventus”dan iki traktor istədim, vermədilər”

“Yuventus”un futbolçusu Moyze Kinin atası İtaliya mətbuatına maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Bioro Kin, oğlunun yeniyetmə yaşlarında “Yuventus”da qalması üçün rəhbərlikdən iki traktor istədiyini deyib:

“Moyzenin anası ilə ayrılmışdıq. Oğlumun “Yuventus”a transferi rəsmiləşəndə, o, İngiltərədə yaşayırdı. Mən də rəhbərlikdən Kinin komandada qalması üçün iki traktor və oyunlara pulsuz bilet istədim, onlar da bu təklifimi qəbul etdi. Amma sonra klub nə traktor verdi, nə də oyunlara pulsuz bilet. Bu yaşananlara baxmayaraq, oğlumun sona qədər “Yuventus”da qalmasını istəyirəm. Çünki mən də bu klubun azarkeşiyəm”.

“Yuventus”un yetirməsi olan Kin, bu mövsüm İtaliya A Seriyasında 4 qarşılaşmada iştirak edərək, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button