Obradoviçin köməkçiləri məlum oldu


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçin köməkçiləri bəlli olub.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssisin köməkçilərindən biri “Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov olub. Məmmədov bir müddət “Xəzər Lənkəran”da baş məşqçi postunda da işləyib.

Obradoviçin digər köməkçisi isə Azərbaycana gələnədək Estoniyanın “Nimme Kalyu” klubunun əvəzedici komandasına rəhbərlik etmiş Roman Kojuxovskidir.

Draqoslav Poleksiç isə Obradiviçə qapıçılarla iş üzrə məşqçi kimi yardımçı olacaq. (report.az)

Yanvarın 11-də Milan Obradoviç Azərbaycanın U-21 millisinin baş məşqçisi təyin edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button