Obradoviç Ozan Canı milliyə dəvət etdi SİYAHI

Oktyabrın 6-da və 7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, millinin baş məşqçisi Milan Obradoviç 23 futbolçuya dəvət göndərib. Serbiyalı mütəxəssis “Sabah”dan Ozan Can Kökçünü də milliyə dəvət edib.

Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 10-da Kale şəhərindəki “Stade de l’Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıt şəhər stadionunda İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

1 Kamran İbrahimov – Neftçi
2 Şahin Zəkiyev – Keşlə
3 Nicat Mehbaliyev – Sumqayıt
4 Amin Seydiyev – Qəbələ
5 Turan Manafov – Səbail
6 Murad Qayalı – Keşlə
7 Nihad Tamazov – Qarabağ
8 Anton Krivotsyuk – Neftçi
9 Elçin Mustafayev – Sabah
10 Hüseyin Seyliğli – Darıca Gənclərbirliyi (Türkiyə)
11 Rafael Məhərrəmli – Zirə
12 Hacıağa Hacılı – Qarabağ
13 Fərid Nəbiyev – Slaviya (Praqa, Çexiya)
14 Barış Ekincier – Austria (Klaqenfurt, Avstriya)
15 Rövlan Muradov – Qəbələ
16 Səbuhi Abdullazadə – Sumqayıt
17 Tural Bayramlı – Keşlə
18 Şakir Seyidov – Sabah
19 İsmayıl İbrahimli – Qarabağ
20 Elvin Cəfərquliyev – Sumqayıt
21 Ozan Can Kökcü – Sabah
22 Süleyman Əhmədov – Sumqayıt
23 Doğukan Öksüz – Eyüpspor (Türkiyə)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button