“Atam “Real” azarkeşi idi” – “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Serxio Roberto yeniyetmə yaşlarında “Real”dan transfer təklifi aldığını açıqlayıb.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Roberto, bunları deyib:

“Ximnastik” klubunun gənc komandasında forma geyinəndə, “Barselona” ilə “Real” mənimlə maraqlanırdı. Hər iki klubun rəsmiləri bizimlə əlaqə qurdular. O zamanlar atam da “Real” azarkeşi idi.

Atamla danışdıqdan sonra “Barselona”nın təklifinin daha yaxşı olduğunu düşündük və Kataloniya təmsilçisinə keçdim. İndi atam da “Barselona”ya azarkeşlik edir”.

2013-cü ildən “Barselona”nın əsas komandasında çıxış edən Roberto, bu mövsüm 35 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button