“O, “Yuventus”a qayıtmağımın səbəbkarlarından biridir” – Buffon

İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Milan”la 1:1 hesablı bərabərliyə razılaşan “Yuventus”un qapıçısı Canluici Buffon açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, oyunla bağlı danışan italiyalı qolkiper,  “qoca sinyora”ya dönüşü və Kriştiano Ronaldo haqqında açıqlama verib:

“Sürətli, axıcı futbol göstərdik, amma son ötürmələrdə yaxşı deyildik. Yaxşı nəticə qazandıq, cavab oyununda da işlərimiz asan olmayacaq.

“Yuventus”da çıxış edirsənsə, tənqidlərin olması normaldır, çünki hədəflər hər zaman yüksəkdir. Daha yaxşı oyun göstərə biləcəyimə inanıram. Bu dəfə “Yuventus”a daha motivasiyalı gəldim. Klubla aramızdakı münasibətə görə məsuliyyətim daha çoxdur.

Ronaldo inanılmaz futbolçudur. O, “Yuventus”a qayıtmağımın səbəbkarlarından biridir”.