PSJ, MY, “Tottenhem” – Hamısı onu istəyir

“Lester”in futbolçusu Rikardo Pereyra daha iki klubun transfer hədəfindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” və PSJ portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. “Lester”in 26 yaşlı futbolçu üçün qış fasiləsində gələcək bütün təkliflərdən imtina edəcəyi bildirilir.

Pereyranın “Tottenhem”in də transfer hədəfində olduğu bildirilir.

2018-ci ildən “Lester”in şərəfini qoruyan portuqaliyalı futbolçu, bu mövsüm iştirak etdiyi 19 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button