“Qvardioladan öyrəndim ki…” – Arteta

İngiltərənin “Arsenal” komandasının “sükanı arxasına” keçən Mikel Arteta açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti”də Pep Qvardiolanın köməkçisi kimi çalışmış mütəxəssis, onunla bağlı danışıb:

“Qvardioladan öyrəndim ki, amansız və hər zaman qalib zehniyyətində olmaq lazımdır. Pepin iş səviyyəsi inanılmazdır. İnsanları ruhlandırmaq üçün etdikləri təəccüblüdür, amma əsas odur ki, adamlar sizin etdiklərinizə inanırlar. Onunla aramızdakı münasibət çox yaxşıdır. “Mançester Siti”dən ayrıldığım üçün təəssüflənirdi, bu, onun üçün uyğun vaxt deyildi. Amma Pep hər şeyi başa düşdü. Mənim necə inkişaf etdiyimi, nə istədiyimi, hansı iddialara sahib olduğumu bilir.

Bütün komanda ilə vidalaşdım. Üç ildən çox bir müddətdə bu insanlarla inanılmaz anlarımız oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button