“O, bütün təriflərə layiqdir” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Co Qomes açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu, komanda yoldaşı Vircil van Dayk haqqında danışıb:

“Biz gündəlik hər şey haqqında danışırıq. O, mənim böyük qardaşım kimidir. Vircil meydanda olarkən, komanda, azarkeşlər özlərini rahat hiss edir. Top qapıya gedərkən, sən bilirsən ki, başı ilə topu çıxaran adam olacaq. Bu, qiymətsizdir. O, bütün təriflərə layiqdir.  Meydanda və meydandan kənarda onun kimi biri yanımda olduğu üçün məmnunam. O, bunu demir, amma van Dayk dünyanın ən yaxşısıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button