“O, komandamız üçün çox faydalı futbolçudur” – Mata

“Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata komanda yoldaşı Pol Poqba ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan futbolçu, Poqbanın “qırmızı şeytanlar”da qalmasını istədiyini deyib:

“Hamımız Poqbanı tanıyırıq, o, fantastik yarımmüdafiəçi və çox yaxşı insandır. O, hər zaman pozitivdir və komandadakı hər kəsə yaxşı təsir göstərir. Komanda yoldaşı kimi onun burda qalmasını və xoşbəxt hiss etməsini istəyirəm, çünki o, komandamız üçün çox faydalı futbolçudur”.  

Poqba ilə “Real”ın maraqlandığı, amma “Mançester Yunayted”in futbolçunu komandada saxlamağa çalışdığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button