“O, komandada xoşbəxtdir” – Kuman

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın 23-cü turu çərçivəsində “Alaves”ə 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verən Kuman, argentinalı futbolçunun gələcəyi ilə bağlı bunları deyib:

“Messinin necə qətiyyətli futbolçu olduğunu bilirik. O, komandada xoşbəxtdir. Messi digər futbolçuların da işini asanlaşdıran biridir. Messini komandada saxlamaq bizim üçün vacibdir, amma digər futbolçulara da ehtiyacımız var”.